Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu S-400 raket komplekslərinin Ukraynaya verilməsilə bağlı fikirlərə münasibət bildirib.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Çavuşoğlu bu barədə Doha Forumunda danışıb.
Çavuşoğlu belə bir şeyin müzakirə edilmədiyini bildirib:
“Anlaşma imzalanıb və S-400-lər satın alınıb. Onsuz da Türkiyəyə gətiriliblər. Bəziləri bunu deyiblər: “Türkiyə S-400-ləri Ukraynaya versin”. Bu, müzakirə mövzusu deyil”.