Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması və Rusiyadan alınacaq S-400-lərlə bağlı açıqlama verib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, nazir İƏT zirvəsində verilən yekun qərarın bir sıra Avropa ölkələri tərəfindən də dəstəklənəcəyini söyləyib.
Çavuşoğlu Rusiyadan alınacaq S-400 raket sistemi məsələsində heç bir problemin olmadığını və bu həftə ərzində razılaşmanın imzalanacağını bildirdi.