Çavuşoğlu: “Şuşanın azadlığı mübarək olsun”

“Azərbaycanın mədəni paytaxtı, qədim Şuşa şəhərinin azadlığı mübarək və uğurlu olsun.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də yazıb.

O qeyd edib ki, Azərbaycanın şanlı bayrağı bir daha enməməklə Şuşada dalğalanacaq. Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan edib.