Çavuşoğlu Ukraynaya işgüzar səfərə gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 9-10-da Ukraynada işgüzar səfərdə olacaq.

Yeniağ.Az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

M.Çavuşoğlu ukraynalı həmkarı ilə Strateji Planlaşdırma üzrə birgə qrupun 5-ci iclasında iştirak edəcək.

Səfər çərçivəsində Ankara və Kiyev arasında məsləhət planının imzalanması da gözlənilir.

Yeniçağ.Az

COP29