Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Yenicag.az xəbər verir ki, o, bu barədə rəsmi “Twitter” hesabında paylaşım edib.
“Qəhrəmanca mübarizədən sonra işğal altındakı torpaqlarını azad edən və bununla da regionda sülh və əmin-amanlığa şərait yaradan Azərbaycanın Zəfər Günü mübarək. Zəfərlərin əbədi olsun, can Azərbaycan!”, – nazir bildirib.