!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çavuşoğludan ABŞ və Rusiyaya SƏRT İTTİHAMLAR: “Sözlərini tutmadılar”

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ və Rusiyanı Suriya böhranı ilə bağlı vədlərini yerinə yetirməməkdə suçlayıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu bu barədə Nikaraqualı həmkarı Denis Monsada ilə görüşdən sonra təşkil olunan brifinqdə danışıb.

Türkiyəli nazir ölkəsinin terrorla mübarizədə öz imkanlarına güvəndiklərini bəyan edib. Çavuşoğlunun sözlərinə görə, ABŞ və Rusiya Suriyadakı terror birləşmələrinin Türkiyə sərhədlərindən uzaqlaşdırılacağına dair vədini yerinə yetirmir:

“PKK/YPG-nin Suriyanın şimalında hücumlarını artırdığını görürük. Bizim əsgərlərimizə və polisimizə də hücum etdilər. Oktyabrın 7-də bir əsgərimiz, 10-da isə iki polisimiz şəhid oldu.

PKK/YPG-nin Türkiyəni raketlə vura bilmək məsafəsi 30 kilometrdir. Bizim sərhəddənkənar əməliyyatlarımızdan sonra ABŞ və Rusiya ilə müzakirələrimiz olmuşdu. Hər iki ölkə terrorçuları Türkiyə sərhədindən 30 kilometr məsafəyə uzaqlaşdıracaqdı. Amma bu vədə əməl olunmadı”.

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv