Çavuşoğludan Azərbaycanla bağlı daha bir açıqlama: “Bizim olan nə varsa…”

“Bizim olan nə varsa, Azərbaycanındır”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan Ermənistanın torpaqlarını işğal etməyib: “Əksinə, 30 ildən sonra öz torpaqlarını azad edib”.

XİN başçısı həmçinin vurğulayıb ki, Türkiyə müdafiə sənayesi sahəsindəki uğurlarını artırmalıdır:

“Artıq müdafiə sənayesi ilə bağlı ehtiyaclarımızın 80 faizi yerli istehsaldır. Amma bu, kifayət deyil. Müdafiə sənayesindəki işlərimizi davam etdirməliyik”.

COP29