Çavuşoğludan Ərbildəki hadisəyə münasibət: “Lazım gəlsə heyət göndəriləcək”

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ərbildə baş verən hadisə ilə bağlı açıqlama verib. 

Yenicag.az xəbər verir ki, Çavuşoğlu lazım gəldiyi təqdirdə Ərbilə heyət göndəriləcəyini qeyd edib.

Qeyd edək ki, bu gün İraqın Ərbil şəhərində restoranların birində Türkiyə Baş Konsulluğunun əməkdaşlarına silahlı hücum olub. Hadisə nəticəsində konsulluğun bir əməkdaşı və bir İraq vətəndaşı ölüb.

Günahkarların axtarışı davam etdirilir.

COP29