Çavuşoğludan iranlı həmkarına CAVAB: Bu qəbuledilməzdir!

Türkiyə və İran arasında yaşanan anlaşılmazlıq aradan qaldırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə İranın Türkiyədəki səfirliyi məlumat yayıb.

“Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında baş tutan telefon danışığı zamanı iki ölkə arasında baş verən anlaşmazlıq aradan qaldırılıb. Tərəflər iki ölkə arasında münasibətlərin gücləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb”, – məlumatda bildirilir.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğanın Bakıda keçirilən Zəfər paradında Araz çayı ilə bağlı bayatını səsləndirməsi İranın təəccüblü və qeyri-adekvat reaksiyasına səbəb olub. Bəzi ekspertlər İran rəsmilərinin bu bayatını bəhanə edərək, əslində, Qarabağla bağlı nizamlama prosesindəki təşəbbüslərinin rədd edilməsindən narazılıqlarını bu cür ifadə etdiyini bildirirlər.

***

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə telefon əlaqəsi saxlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı Çavuşoğlu Zərifə Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan açıqlamalarının qəbuledilməz olduğunu deyib.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğanın Bakıda keçirilən əfər paradında çıxışı zamanı Araz çayı ilə bağlı bayatı deməsi İranın qeyri-adekvat və təəccüblü reaksiyasına səbəb olmuşdu.