!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çavuşoğlundan Almaniyaya cavab: "Ehtiyatlı olsunlar"  

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Varşavada keçirilən mətbuat konfransında çıxış edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri alman həmkarı Ziqmar Qabrielin prezident Rəcəb Tayyip Ərdoğanla bağlı sözlərinə münasibət bildirib.

“”Hayır” deyən 48%-ə görə məsuliyyət daşıdığımızı deyir. Bunu söyləməyə haqqı varmı? Demokratik sistemdə “hayır” deyən də olmalıdır, “evet” deyən də. Bunların hamısı bizim vətəndaşımızdır. Türkiyə sizin müstəmləkəniz deyil ki, bu cür danışırsınız.”

Almaniya bizim dostumuzdur. Seçkilər gəldi-gedərdi, amma münasibətlər daimidir. Buna görə də ehtiyatlı davranmalarını tövsiyə edirəm”.

Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bu gün “Bild” informasiya agentliyinə Türkiyə prezidentinin əleyhinə açıqlama verib. Nazir qeyd edib ki, Ərdoğan nə qədər ki, hakimiyyətdədir, Türkiyə heç vaxt Avropa İttifaqına üzv ola bilməyəcək.

Yenicag.az

www.yenicag.az

951
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv