Çavuşoğlundan Bayramova Diplomatlar Günü təbriki – FOTO

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovu Diplomatlar Günü münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Çavuşoğlu sosial media hesabından paylaşım edib.

“Dəyərli qardaşım – Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov başda olmaqla, bütün Azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!” – deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, İyulun 9-u Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.