Çavuşoğlunun Albaniya səfəri: Qaşıqçı iddiaları rədd edildi və FETÖ-çülər geri istənildi

“Camal Qaşıqçı hadisəsi ilə bağlı dəlilləri tək-tək hər hansı bir ölkəyə verməmişik”.

Yenicag.az xəbər verir ki, bu barədə Albaniyanın Tirana şəhərinə rəsmi səfər edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir qeyd edib ki, zamanı gələndə dəlillər dünyanın bütün ölkələri ilə paylaşılacaq.

Çavuşoğlu oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğuna girdikdən sonra haqqında xəbər alına bilməyən jurnalist Camal Qaşıqçı hadisəsi ilə bağlı səs yazılarının ABŞ xarici işlər naziri Maykl Pompeoya verilməsi iddialarını qəti şəkildə rədd edib.

Çavuşoğlu 15 İyul çevriliş cəhdi ilə bağlı sualı cavablandırarkən, həmin gecə Məclisin, İstanbul və Ankarada əhəmiyyətli yerlərin bombalandığını və bir gecədə Türkiyənin 251 şəhid verdiyini xatırladıb.

Albaniyanın cəhdin ardından Türkiyə ilə güclü həmrəylik nümunəsi sərgilədiyinə diqqət çəkən Çavuşoğlu, digər tərəfdən burada da çox ciddi bir FETÖ qruplaşmasının izlərini aşkarladıqlarını və bu təşkilatın Albaniya üçün də çox təhlükəli olduğunu diqqətə çatdırıb.

Nazir Çavuşoğlu FETÖ terror təşkilatı üzvlərinin bəzilərinin Albaniyada olduğunu və onların Türkiyəyə təslim edilməsini gözlədiklərini bildirib. Bunun üçün həmin şəxslərin adının qeyd edildiyi müvafiq siyahı da ölklərə verilib.

Həşim Səhrablı

COP29