Reklam

Reklam

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun İsveçrəyə planlaşdırılan səfəri qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Yeniçağ.Az-ın !APA”-ya istinadən verdiyi xəbərinə görə, bu barədə “SonntagsZeitung” məlumat yayıb.

“XİN rəhbəri Mövlud Çavuşoğlunun İsveçrəyə səfəri yeni göstəriş olanadək təxirə salınıb”, – deyə “Avropada Türk Demokratların İttifaqı” İctimai Birliyin nümayəndəsi bildirib.

Qeyd edək ki, Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.

Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiya hökuməti qərarını “ictimai asayiş və təhlükəsizliyə təhdid”lə əlaqələndirib.

Türkiyə prezidenti cavab tədbirləri görəcəyini vəd edib.

İnsidentdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."