!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çavuşoğlunun səfərinin pərdəarxası…

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıdakı səfəri başa çatdı. Səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşdü. Həmçinin, Çavuşoğlu Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirləri ilə görüşdə də iştirak etdi.

Türkiyə XİN rəhbərinin Bakı səfərini Yenicag.az-a şərh edən siyasi icmalçı Azər Həsrətin sözlərinə görə, Çavuşoğlunun sözügedən səfəri Qarabağ probleminin həllində müəyyən ümidlər yaradır:

“Çavuşoğlu Bakıya gəlməzdən öncə ATƏT-in Minsk qrupu həmsədrləri ilə də görüş keçirib. Bunun fonunda onun Bakıya səfər etməsi ayrı bir anlam daşıyır. Burada söhbət ondan gedir ki, Çavuşoğlu Türkiyə dövlətinin xarici işlər naziri olaraq, Azərbaycanın ən ümdə probleminin həllində dövləti adından çıxış edir. Təbii ki, Azərbaycana səfər edərək ən yüksək səviyyədə görüşlər keçirtməsi, eyni zamanda Pakistan XİN rəhbərinin də iştirak etdiyi üçtərəfli görüşlərdə iştirak etməsi hər halda ölkəmiz üçün ümidverici gələcək və perspektivdən xəbər verir. Çünki Azərbaycanın ən yaxın dostu və qan qardaşı olan Türkiyənin problemlərimizlə bu qədər həssas şəkildə məşğul olması sevindirici haldır.

Bu səfər fikrimcə, Azərbaycanda xüsusən Dağlıq Qarabağ məsələsilə bağlı müəyyən hərəkətlənmələrin olmasından xəbər verir. Nəzərə alaq ki, Çavuşoğlunun Bakı səfərindən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya getdi və orada Putinlə Dağlıq Qarabağ problemi ilə bağlı müəyyən müzakirələr apardı. Görünür hələlik, ictimaiyyətə açıqlanmayan, amma həm Rusiya, həm Türkiyə, həm də Azərbaycan arasında Dağlıq Qarabağ məsələsilə bağlı müəyyən danışıqlar aparılır. Əlavə olaraq, Avrasiya İttifaqı məsələsində də müəyyən hərəkətlənmələr var. Bunların fonunda Çavuşoğlunun Bakıya səfəri məndə müəyyən ümidlər yaradır”.

ELÇİN

www.yenicag.az

1941
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv