Çaxırlıda 4 otaqlı evdə yanğın oldu

İmişli rayonunun Çaxırlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.