Yəqin ki, bir çox xalqların, həmçinin yaponların çaya süd qatıb içdiklərini eşitmisiz. Sibir xalqları da bu metodla çay içir.
Amma bizə çaya süd qatmaq qəribə gəlir. Halbuki bu qarışımın çox xəstəliklərə xeyri var.
Yenicag.az medicina.az çaya süd qatıb içməyin kimlərə faydalı olmasını və necə hazırlanmasını təqdim edir.
Qeyd edək ki, bu daha çox yaşıl çay dəmlənəndə olur. Təbii yarpaq yaşıl çay aktiv maddələrlə zəngindir. Ona təbii süd qatılanda bu maddələr artır və hər ikisi bir-birini tamamlayır.
Çayda olan yığıcı, büzücü maddələr, polifenol və antioksidantlar şiş hüceyrələrinin qarşısını alır, orqanizmi qoruyur
– Mikroelement və vitaminlər isə qanı, orqanizmi, immuniteti möhkəmləndirir
– Çayla süd güce bərpa edir, infeksiya və bakteriyalarla mübarizə aparır
– Süd isə çaydan sonra bədəndə artıq maye yığılmasının qarşısını alır, onu qovur
– Toksiki maddələri çıxarır
– Sümükləri möhkəmləndirir, halbuki çay sümükdən kalsiumu yuya bilər
– Çayda bildiyiniz kimi kofeinə bərabər maddə tein var. Bu da çay çox içildikdə beyin və sinir sisteminə zərərlidir.
Süd bu teinin neqativ təsirini azaldır.
– Yuxu pozulması, əsəb, nevroz, depressiya, təşviş pozuntusu olanlara çox məsləhətdir
– Eləcə də laktoza dözümsüzlüyü olan insanlar südü çayda içsələr, süddə olan zülalın mənimsənilməsi asanlaşır, allergiya yaranmır
– Süddə olan ağır yağlar və zülallar çayda həll olur və orqanizmə ağırlıq yaratmır
– Mədə qastriti, qarında ağrı, disbakterioz, koliti olanlar da belə çay içsə ağrı, sancıları keçib gedər
– Bu çay bağırsaq mikroflorasını yaxşılaşdırır. Ona görə məktəbyaşlı uşaqlara da çayı südlə verə bilərsiz
– İştahsızlıq, vitaminsizlik, xəstəlikdən sonra tez bərpa olmaq, təzyiqi qaydaya salmaq, damarları tonizə etmək üçün çaylı süd için.
Hansı çayda hazırlanmalı:
Fərqi yoxdur, istər yaşıl, istər qara çay. Amma gərək iri yarpaqlı, təbii çay seçəsiz.
Bu çayı səhər tezdən və acqarına içmək məsləhət deyil.
Qara çaya qatıb içəcəksizsə, yuxudan əvvəl içməyin, çünki sidikqovucu təsiri var.
Necə içməli:
Yeni dəmlənmiş, 50 dərəcə istilikli çaya qaynanmış, lakin soyudulmuş təbii inək südündən 2 xörək qaşığı əlavə edib için