Çayda çimərkən başı daşa dəyən gənc öldü

Masallı rayonunda 21 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Yenicag.az-ın“Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayondakı istirahət mərkəzlərindən birində qeydə alınıb.

Belə ki, istirahətə gedən Cəlilabadın Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib və bu, onun ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/

COP29