Salyan rayonunun Alçalı kəndində 3 gün əvvəl evdən çıxaraq Akkuşa çayında intihar etdiyi güman edilən qadının cəsədi çayın Qızılağac kəndindən keçən hissədində böyürtikan kollarına ilişmiş vəziyyətdə tapılıb.
Virtualaz.org saytının Şirvan bürosu xatırladır ki, aprelin 5-də axşam Salyan rayonunun Alçalı kənd sakini, 50 yaşlı Məhbubə Quliyeva naməlum şəraitdə itkin düşmüşdü. Qadının həyat yoldaşı onun itkin düşməsindən səhər açılarkən xəbər tutmuşdu. Evlərindən 250 metr aralıdan keçən Akkuşa çayının sahilində qadının ayaqqabısının bir tayı tapıldığı üçün M.Quliyevanın intihar etməsi ehtimalı yaranmışdı.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.
Yeniçağ.az