Çayda meyit tapılıb

Qubada çayda kişi meyiti tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə,45-50 yaşlarında naməlum kişi meyiti Qudyalçayın şəhər ərazisindən keçən hissəsində aşkar edilib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit sudan çıxarılaraq ekspertizadan keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Fakt araşdırılır.

Yeniçağ.az