Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə 80 faizini təşkil edir.
Yenicag.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumatına görə, iyulun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 288 m3/s olmaqla ongünlük normanın 138 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 144 m3/s təşkil edərək ongünlük normanın 129 faizinə bərabər olub.
İyulun 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində 4, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Surrada 4, Şirvanda 2 sm artım qeydə alınıb
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 sm (2016-cı il iyulun 14-də 350 sm), Şirvanda 161 sm, Salyanda 82 sm (2016-cı il iyulun 14-də 110 sm), Bankədə 175 sm (2016-cı il iyulun 14-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2016-cı il iyulun 14-də 70 sm) təşkil edir.