!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çaylarda sululuq səviyyəsi dəyişdi

!Reklam – Yazi

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 50-150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 50-150 faizini təşkil edir.

Sentyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 130 m3/s olmaqla, ongünlük normaya yaxın olub.

Sentyabrın 23-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 64 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 67 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 55 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Sentyabrın 23-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 51 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 86 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 52 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.

Sentyabrın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 373 sm təşkil edib. Bu rəqəm 2018-ci il sentyabrın 23-də isə 352 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 231 sm qeydə alınıb. 2018-ci il sentyabrın 23-də isə bu rəqəm 215 sm təşkil edib. Salyanda suyun səviyyəsi 2 sm azalıb və 191 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 183 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 90 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il sentyabrın 23-də isə 60 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 20 sm azalaraq 185 sm təşkil edib, lakin 2018-ci il sentyabrın 23-də 191 sm qeydə alınıb.

www.yenicag.az

1273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv