!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çaylarda suyun səviyyəsi dəyişdi: Kürdə artım müşahidə edilib

!Reklam – Yazi

Çaylarda suyun səviyyəsi dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-70 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 kub/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 155 kub/s olmaqla ongünlük normanın 93 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70,0 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Salyan məntəqələrində 8, Surrada 2, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 9 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 426 sm (2018-ci il fevralın 1-də 389 sm), Şirvanda 313 sm (2018-ci il fevralın 1-də 279 sm), Salyanda 276 (2018-ci il fevralın 1-də 233 sm), Bankədə 241 sm (2018-ci il fevralın 1-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 145 sm (2018-ci il fevralın 1-də 128 sm) təşkil edir.

www.yenicag.az

1883
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv