Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 90 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, oktyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 138 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 82 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 130 m3/s olmaqla, ongünlük normadan az olub.

Oktyabrın 11-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 52 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 49 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 71 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Oktyabrın 11-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 44 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 60 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 71 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 sm artaraq 324 sm təşkil edib. Bu rəqəm 2018-ci il oktyabrın 11-də isə 331 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 157 sm qeydə alınıbn. 2018-ci il oktyabrın 11-də isə bu rəqəm 193 sm təşkil edib. Salyanda suyun səviyyəsi 7 sm azalıb və 94 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 139 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 24 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il oktyabrın 11-də isə 36 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 6 sm azalaraq 154 sm təşkil edib, lakin 2018-ci il oktyabrın 11-də 171 sm qeydə alınıb.

www.yenicag.az

893
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM