Son günlər ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçməsi ilə əlaqədar Respublika çaylarının səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Yenicag.az-a bildirib ki, Böyük və Kiçik Qafqazın ərazisindən axan çaylarda suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.
“Eyni zamanda, tranzit çaylar olan Kür-Qıraqkəsəmən və Qanıx-Cəlayir məntəqələrində də suyun səviyyəsi dəyişməyib”, – deyə A. Verdiyev bildirib.