!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çaylarda suyun səviyyəsində artım müşahidə olunub

!Reklam – Yazi

Respublikanın çaylarında bəzi məntəqələrdə suyun səviyyəsində artım, bəzi yerlərdə isə azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-80 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, yanvarın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 100 kub/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 182 kub/s olmaqla ongünlük normanın 116 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 53,0 kub/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 69 kub/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, yanvarın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 4, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 418 sm (2018-ci il yanvarın 28-də 392 sm), Şirvanda 299 sm (2018-ci il yanvarın 28-də 251 sm), Salyanda 257 (2018-ci il yanvarın 28-də 193 sm), Bankədə 235 sm (2018-ci il yanvarın 28-də 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 135 sm (2018-ci il yanvarın 28-də 122 sm) təşkil edir.

www.yenicag.az

4148
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv