İsti havada gündə onlarla stəkan çay içənləri narahat edəcək araşdırma ortaya çıxıb.
Yenicag.az xəbər verir ki, “Annals of Internal Medicine” tibb jurnalında nəşr olunan araşdırmaya görə isti havada qaynar çay içmək təhlükəlidir.
Bu aylarda çox çay istehlak etməyin böyük riski var. Məlumata görə, siqaret çəkən və spirtli içki qəbul edən insanlar isti çay istehlakına diqqət yetirməlidirlər. Çünki bu, onlarda qida borusu xərçəngi riskini 5 dəfə artırır.
Dünyada hər il təxminən 400.000 insanın ölümünə səbəb olduğu bildirilən qida borusu xərçəngi riski ilə bağlı aparılan araşdırmalar təəccüblü nəticələr ortaya çıxarıb. Tədqiqatın müəllifi, Pekin Universitetinin Epidemiologiya və Biostatistika kafedrasının professoru. Jun Lv siqaret çəkməyən və spirtli içki qəbul etməyən insanlarda belə bir riskin baş vermədiyini vurğulayıb. Lakin tütün və spirtli içkilərdən istifadə edən, isti çay içən insanlarda xərçəng riskinin artdığı müşahidə edilib.
Mütəxəssislərin fikrincə, çox isti içkilərin və qidaların qəbulu qida borusunun toxumasını məhv edir, xəstəliklərin çoxalmasına səbəb olur. İltihab yemək borusunun selikli qişasını qıcıqlandıran isti maye səbəbindən baş verir və hüceyrələr bu nahiyədə daha sürətlə çoxalır. Çayın həddindən artıq istehlakı ürək döyüntüsü, əsəb pozğunluqları, baş ağrıları, narahatlıq, ürək bulanması, əllərin titrəməsi və yuxusuzluğa səbəb ola bilər. Bu qısamüddətli problemlərdən başqa, ürək, sinir, mədə və qaraciyər xəstəlikləri olanların uzun müddətdə çay istehlakına diqqət etmələri vurğulanır./unikal.az./