!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cazibədar Afaq kövrəldi: “Onu çox sevmişəm”

!Reklam – Yazi

ATV-nin cazibədar aparıcısı Afaq Gəncəli filmlərə çəkilsə də, aktrisalığı xobbi kimi dəyərləndirir.

Yenicag.az-a açıqlama verən Afaq, açıq-saçıq obrazlara da münasibətini bildirib:

“Mən peşəkar aktrisa deyiləm, bu sənətə xobbi kimi baxıram. Hansısa açıq-saçıq səhnələrə də çəkilmərəm. Peşəkar aktrisa olmadığım üçün bu da normal haldır. Hansısa rejissor məni filmlərə dəvət edir, mən də ssenariyə baxıram, xarakterimə uyğun olan rollara razılıq verirəm. Əgər ssenarini bəyənməsəm və xarakterimə yad olan obraz olsa, imtina edirəm. Heç istəmərəm ki, aktrisalığım aparıcılığımı üstələsin, çünki hamı məni aparıcı kimi tanıyıb, sevib”.

A,Gəncəli pərəstiş etdiyi ulduz aktyorlardan da danışıb:

“Əcnəbi ulduz aktrisalardan Ornella Muti, Kameran Diaz, Monikanı çox bəyənirəm. Kişi aktyorlardan isə Antoni Banderasın filmlərini izləyirəm. O, mükəmməl aktyor olduğu kimi, eyni zamanda, çox xarizmatik kişidir. Azərbaycanda isə xalq artisti Fuad Poladov sevimli aktyorum olub, onu çox sevmişəm. Əslində hər kəs onu sevib, pəstiş edib. Səsi, görünüşü, xarizması – adam təpədən dırnağa səhnə üçün yaranmışdı. Allah rəhmət eləsin”.

Cəvahir

www.yenicag.az

6138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv