Reklam: High Technic
hightechnic

Cazibədar Afaqdan rədd cavabı: “Bu iş bitdi” - FOTO

Tanınmış aparıcı Afaq Gəncəli film və seriallara çəkilməyəcəyini bəyan edib.

Yenicag.az-a açıqlama verən Afaq “məni bir daha aktrisa kimi görməyəcəksiniz” deyib:

“Təkliflər çox olur. Bir çox filmlərə dəvət edirlər, lakin imtina edirəm. Artıq bir də filmlərə çəkilməyəcəm. Çünki tamaşaçılarım məni elə aparıcı kimi tanıyıb, seviblər. Öz işimlə məşğul olmaq istəyirəm. Filmlərə qoy elə aktrisalar çəkilsin. İşlərim də çoxdur. Bu iş bitdi, qəti qərarımdır. Bu yaxında xalq artisti Faiq Ağayevin “Gözüm dəyməsin sənə” klipində çəkildim. Faiqlə uzun illərdir ki dostluq etdiyimdən bu təklifə razılıq verdim”.

Qeyd edək ki, Afaq Gəncəli “Məşhur gəlin” filmində, “Kişi sözü” və digər seriallarda rol alıb.

Cəvahir

www.yenicag.az

13513