Cazibədar aktrisa: “Əri ola-ola başqa kişilərlə sevgilidir” – FOTO

Bir ildir ki, seriallara çəkilməyən gənc aktrisa Günəş Mehdizadə “Sevgi naminə” serialı ilə yenidən tamaşaçılarının görüşünə gəlir.

Yenicag.az-a açıqlama verən aktrisa sevgili obrazında çıxış etməsinə baxmayaraq, öpüş səhnələrindən imtina edəcəyini bildirib:

“Samir Qulamovun rejissor yozumunda ərsəyə gələcək serialda varlı-hallı bir kişinin qızı obrazını canlandıracam. Londonda təhsil alıb gələn bu qız bir oğlanla sevgili olur. Lakin bəlli olur ki, bu oğlan onu deyil, atasının pulunu sevirmiş. Açıq-saçıq səhnələr olmayacaq. Çünki bizim cəmiyyət hələ erotik səhnələrə hazır deyil. Baxmayaraq ki, türk və digər əcnəbi filmlərdəki açıq-saçıq səhnələrə həvəslə baxılır, özümüzə çatanda daş-qalaq edirik. Min cür söz danışırlar. Başlayırlar ki, əri ola-ola başqa kişilərlə sevgilidir və s. Başa salmaq olmur ki, bu obrazdır, reallıq deyil. Buna görə də məcbur olub, belə səhnələrdən imtina etməli oluruq”.

Cəvahir

COP29