!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin UZAQGÖRƏNLİYİ: "Putin NATO-nun "dişsiz" olduğunu bildiyi üçün..." - Hərbi ekspert

!Reklam – Yazi

“İndiki mürəkkəb şəraitdən Qərb üzüağ çıxmasa, NATO-nun özünün dağılması gündəmə gələcək”.

Bu fikri NATO-nun hazırkı vəziyyəti, Türkiyədə NATO-dan çıxmaqla bağlı siyasilərin təklifləri və Şimal Alyansının dağılma ehtimalını şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, Putin NATO-nun “dişsiz” olduğunu bildiyi üçün bu cür hərəkət etdi:

“Öncə NATO-nun yaranma tarixinə baxmaq lazımdır. NATO ehtiyacdan yaranmış bir hərbi qurumdur. Sosializm düşərgəsi çox güclü idi, ona qarşı da Qərb belə bir hərbi qurum yaratdı. Təbii olaraq da, vuran əl kimi Türkiyə ora daxil edildi. Fransa İkinci Dünya Müharibəsində Hitler Almaniyasına məğlub olmuşdu. İngiltərə və ABŞ-nin etirazına baxmayaraq Stalinin təkidi ilə Fransa da qalib dövlətlər siyahısına daxil olmuşdu. Fransa beləliklə SSRİ-nin kəməndinə düşmüş olmuşdu.

NATO dəfələrlə hazırkı kataklizmlərlə qarşılaşıb. Fransa ora daxil olub, sonra çıxıb. Türkiyənin etirazlarına baxmayaraq Yunanıstan NATO-ya daxil olub. Halbuki Yunanıstanın nə siyasi, nə iqtisadi, nə də hərbi çəkisi var. Suriya məsələsində NATO Türkiyə ilə ittifaqda olmasına baxmayaraq özünü bu ölkə tərəfindən göstərmədi. 2012-ci ildə Türkiyənin təyyarəsi vuruldu, Almaniya hava hücumundan müdafiə sistemləri quraşdırdı, daha sonra onu apardı. 2015-ci ildə Rusiya ilə Türkiyə arasında təyyarə qalmaqalında NATO lazımı dəstək göstərmədi. Baxmayaraq ki, NATO-nun vuran qolu Türkiyədir. Digər ölkələrin gücünə və real döyüş hazırlığına baxanda NATO Türkiyəsiz heç nədir.

Dünyada hazırda NATO tək hərbi ittifaqdır. Ancaq Rusiya NATO-nun gücünü bilirmiş. Rusiya NATO-nun necə hərəkət edəcəyini bildiyi üçün Ukraynaya rahat şəkildə müdaxilə etdi. Zelenskinin dili ilə desək, NATO-nun Ukraynaya etdiyi yardım 50 ton yanacaqdır. Digər təşkilatlara nisbətdə NATO olduqca ləng hərəkət edən, məşvərətli, adı hərbi olsa da, qeyri-operativ bir qurumdur. NATO qərar qəbul edənə qədər Rusiya istəyinə nail olur.

NATO üzvü olan ölkələrin bəziləri Rusiya ilə separat danışıqlar aparıblar. Məlum oldu ki, Almaniyanın, Fransanın Rusiya ilə nəinki iqtisadi, hətta hərbi əlaqələri də olub. Ukrayna səmasında vurulan PUA-lardan birinin motorunun Fransa istehsalı olduğu məlum olub. 2014-cü ildən sonra qoyulan embarqolara görə Fransa bunu etməməli idi. Məlum olur ki, ediblər. Bu gün Ukraynanın xüsusilə Luqansk cəbhəsində çətin durumda olmasının səbəbi Qərbin ikili oyunlarının təzahürüdür. İndi də onların sırasına İtaliya qoşulub. İtaliyanın dili ilə dedilər ki, atəşkəs elan olunsun, Ukrayna neytral dövlət elan olsun, daha sonra Rusiya və Ukrayna arasında mübahisəli ərazilər yönündə danışıqlar aparılsın.

NATO-nun hazırkı gücü buna imkan verir ki, limanların bağlanmış yolunu açsın. Türkiyə təbii ki, bunları görür. Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı məsələyə açıq şəkildə bildirir ki, “Bu necə ittifaqdır ki, onun içində ola-ola mənə embaqro qoyulur?!”

Türkiyəyə Partiot raketləri vermirlər, Rusiyadan S-400 alır. Türkiyəyə öz səmasını qoruduğuna görə embaqro tətbiq edirlər. Ona görə də, Türkiyə yeni üzv olmaq istəyən ölkələrə görə şərtlər irəli sürür. Türkiyənin təklifləri qəbul olacaqsa, belə bir qurumdan çıxması düzgün olmazdı. Hesab edirəm ki, Türkiyə üzdə Ukraynaya dəstək olduğunu deyib, altdan Rusiya ilə anlaşan dövlətlərdən daha açıq oynayır. Türkiyə Ukraynaya digər ölkələrdən daha çox dəstək verir. Rusiya ilə münasibətlərindən istifadə edərək BMT-nin görə bilmədiyi işləri görür. “Azov” məsələsində ordakıların hamısının məhv olmasının qarşısını Türkiyənin siyasəti aldı. Düşünürəm ki, Ukrayna taxılının yolu açılacaqsa, bu yenə də Türkiyənin vasitəçiliyi ilə olacaq.

Bütün bunları hiss edən anqlosaks birliyi NATO-ya alternativ Avstraliya, ABŞ və Böyük Britaniyadan ibarət hərbi ittifaq yaratdı. Türkiyə də gələcəkdə olacaqları hiss etdiyi üçün Azərbaycan-Türkiyə-Pakistan birliyini yaratdı. Hər iki dövlət həm Azərbaycanla müqavilə bağlayıblar, həm də bir-biriləri ilə də müqavilə imzalayıblar.

90-cı illərdən bəri deyirəm ki, aparılan siyasət düzgündür, NATO ilə əməkdaşlıq etməliyik, ancaq NATO-ya qoşulmamalıyıq. Gürcüstanın bir dənə Rusiya ilə problemi varsa, Azərbaycanın Rusiya və İranla dərin problemi ortaya çıxacaqdı. Mürəkkəb şəraitdə NATO istənilən effekti verə bilmədi. NATO hətta Ukrayna səmasını belə bağlaya bilmədi”.

Türkiyədə NATO-dan çıxmaqla bağlı müzakirələrə hərbi ekspertin münasibəti belə olub:

“Partiyaların və siyasi təşkilatların apardığı müzakirələrdə haqq var. NATO-nun dağılma ehtimalı da ortadadır. Əgər Türkiyə o qurumdan çıxsa NATO özü də dağıla bilər və başqa hərbi bloklar yaranacaq. Avropa İttifaqının yaratdığı və onun içərisində Avropa ordusunun olması barədə Almaniyanın təşəbbüsü var.

Türkiyə bütün bunları da hesablaya bilir. Ona görə də NATO-ya güvənərək hərəkət etmir. Əksinə yeni müttəfiqlər qazanır. Bu həm də o deməkdir ki, Türkiyə öz təhlükəsizliyini qorumalıdır. Bu bir instinqdir. Gələcəkdə yeni həbi ittifaqların yaranacağını görə bilərik”.

Səxavət Məmməd

www.yenicag.az

32289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv