!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cazibədar aktrisadan inanılmaz etiraf: “Çox ehtiraslı məşuqəyəm” - FOTOLAR

!Reklam – Yazi

Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Nəzərməmmədova filmdə canlandırdığı məşuqə obrazından sonra tamaşaçıların qınağına tuş gəldiyini deyib.

Yenicag.az-a açıqlama verən aktrisa həyatda nə qədər ciddi olsa da, çəkildiyi filmlərdə bir o qədər komplekssiz olduğunu da etiraf edib:

“Təəssüflər olsun ki, bəzi insanlar aktrisaya oynadığı rola görə qiymət verir. Mən “Oğlan evi” filmində məşuqə obrazını canlandırdım. Bu gün isə “Laləli saray” serialında oynayıram və həmin obrazın tam əksi olan mühafizəkar, əxlaqlı bir xanım rolunu yaradıram. Soruşurlar, “necə oldu ki, “məşuqə Afa” abırlı-həyalı Nigara çevrildi?” Onlara elə gəlir ki, aktrisa filmdə məşuqədirsə, deməli, həyatda da kiminsə sevgilisidir. Məni tanıyanlar yaxşı bilir ki, ciddi xarakterli insanam. Sadəcə olaraq, çox komplekssiz aktrisayam. Hətta məşuqə obrazını oynayanda belə çoxları bunu məndən gözləmirdi. O filmə baxandan sonra yazdılar ki, “sənin canın yanmasın, necə cazibədar qadınsan”. Mən o filmə baxanda gördüm ki, həqiqətən də çox ehtiraslı məşuqəyəm. Ondan sonra çoxları mənə baxıb, dekolte geyinməyə başladı”.

Cəvahir
Foto:Cəmalə

www.yenicag.az

7279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv