Cazibədar aktrisanı TOPA TUTDULAR: “Bədənini çöldə qoyub, özünə kişi axtarır” – BİABIRÇILIQ

Gənc aktrisa Mila Əminə qəzəblənib. Sosial şəbəkədə haqqında yazılan təhqirlərdən bezdiyini dilə gətirən aktrisa ürəyini Yenicag.az-a boşaldıb:

“Bezmişəm, son vaxtlar hansı fotonu paylaşıramsa, altından yazırlar ki,
“burnunu əməliyyat etdirib”, “dodaqları, sinəsi özünün deyil”, “bunun harası gözəldir, adama da oxşamır” və s. Birincisi, mənim burnumdan başqa heç bir yerimdə estetik əməliyyat olmayıb. Dodağımda da 50 qram silikon ola, ya olmaya. Adama deyərlər ki, məndən xoşun gəlmir, niyə bütün günü açıq-saçıq fotolarımı “layk” edirsən? Abırlı formada şəkil paylaşıram, heç baxan da olmur, amma dekoltedə, mini ətəkdə olan fotolarım izlənmə rekordu qırır. Altında da yazırlar ki, buna bax, soyunub, bədənini çölə qoyub, özünə kişi axtarır. Deməli, həmin adamlar bu şəkillərimə baxıb paxıllıqdan partlayırlar”.

Aktrisa bədxahlarının acığına tezliklə, bir açıq-saçıq fotosesiya etdirəcəyini deyir:

“Hələ harasıdır, çimərlikdə elə şəkillər çəkdirəcəm ki, görənlər şoka düşəcəklər. Kefim necə istəyir, elə də geyinirəm. Əcəb edirəm. Hansı fotomu ürəyim istəyir, onu da paylaşıram. Xoşlarına gəlmirəmsə, profilimdən yoxa çıxsınlar. Həmin adamlar məni gözləri götürməyən, uğurlarıma qısqanan həmkarlarım da ola bilər”.

Cəvahir
Yenicag.az

COP29