Cazibədar aparıcıdan bir ilk: “Ola bilsin, buna görə qınanacam” – FOTOLAR

Tanınmış aparıcı Nurlana Cəfərova bu dəfə şairə kimi sevənlərinin qarşısına çıxıb.

Yenicag.az xəbər verir ki, Yarat Müasir İncəsənət Mərkəzində aparıcının “Hər iki mən” kitabının təqdimat mərasimi baş tutub.

Ötən ilin dekabrında çap olunan kitabın ön sözünü xalq şairi Vahid Əziz yazıb. Təqdimat mərasimində xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov, Rəşad Mehdili, Məhəmməd Osman,Turanə Hüseynli, Azər Süleymanlı, Vüsalə Səid, Oksana Rəsulova, Eldar Qasımov və digər sənətçilər iştirak edib.

Gecədə məşhurlar N.Cəfərovanın şeirlərini, eləcə də misralarına bəstələnmiş musiqiləri səsləndirib.

Uşaqlıqdan şeirlər yazdığını deyən aparıcı təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Bu gün bir çox insanlar məni başqa tərəfdən də tanıdı. Elə kitabımın adı da “Hər iki mən” adlanır. Çünki bəzi adamlar məni efir adamı kimi tanıyır; sakit təbiətli, pozitiv… Bu gün şeirlərimlə iç dünyamı açdım. Yəqin ki, insanlar məni fərqli Nurlana kimi tanıyacaqlar. Elə şeirimdə də belə bir misra var ki, ola bilsin, buna görə qınanacam. Amma kitabım kimin ki, əlinə düşəcək, istərdim şeirlərimi həqiqətən qiymətləndirsinlər”.

Qeyd edək ki, Nurlana hazırda Azərbaycan televiziyasının əməkdaşıdır.

Cəvahir