Cazibədar Aynişandan səmimi etiraf: “Elə oğlan olmalıdır ki…” – FOTOLAR

Əməkdar artist Aybəniz Haşımovanın qızı, müğənni Aynişan Quliyeva tədbirlərin birində fotokameramıza poz verib.

O, Yenicag.az-ın suallarını da cavabsız qoymadı.

– Sosial şəbəkələrdə yazılan tənqidi fikirlərə münasibətin necə olur?

– Kompleksli insan deyiləm. Hətta mənə yazılan iradlardan nəticə çıxarıram. Yəni sağlam tənqidi qəbul edirəm və həmin tənqidlərdən sonra üzərimdə işləyirəm.

– Anan Aybəniz xanımın sənə qadağaları olurmu?

– Qadağa deyəndə ki, anam məni öz tərbiyəsinə uyğun böyüdüb.

– Heç düşünürsənmi ki, birdən elə oğlanı sevərəm, anam etiraz edər?

– Anam mənə çox güvənir. Həm ağlıma, həm xasiyyətimə. Düşünürəm ki, heç vaxt seçimimdə anamı sarsıtmaram. Təbii ki, seçdiyim oğlan elə oğlan olmalıdır ki, ailəmə yaraşsın. Axı biz hamımız bir ailənin üzvləri olacağıq.

– Qarşı cinsdə hansı xüsusiyyətləri dəyərləndirirsən? Tələblərin çoxdurmu?

– İnsanlığı, mərhəməti, qayğıkeşliyi dəyərləndirirəm. İlk növbədə vicdanlı olmalıdır. Ailə qurursansa, gələcəkdə övladlarını da nəzərə almalısan. Yəni o uşaqların atasının kim olması önəmlidir.

– Sən də bəzi tay-tuşların kimi deyirsən ki, əşşi, indi Leyli-Məcnun sevgisi yoxdur?

– Yox, elə demirəm və elə düşünmürəm. Məncə, sevgi də bir istedaddır və hər kəs sevməyə qadir deyil. Necə ki, hər kəsin səsi yoxdur. Hər halda, hər kəs həyatda öz yarını tapır.

– Müasir gəncləri çox tənqid edirlər. Səncə, haqlıdırlar?

– Mən yalnız öz çevrəmdəyəm. Əhatəmdə çox insan yoxdur. Buna görə də, suala dəqiq cavab verə bilməyəcəm. Amma gənclərdə dəyər vermək qabiliyyəti elə bil ki, itib.

– Qarderobundan da danışaq. Brend önəmlidirmi?

– Qarderobumun əlli faizi brenddirsə, əlli faizi brend olmayan paltarlardır. Hətta bazarlardan bəyənib, aldığım libaslar var. Xüsusən də, Türkiyəyə gedəndə bəzi libaslarımı bazarlardan alıram.

– Ən bahalı paltarının qiyməti nə qədərdir?

– Bunu hətta dostlarıma belə açıqlamıram. Utanıram deməyə.

– Ən sərt xüsusiyyətin hansıdır?

– Mənim üçün bitərsə bitər, geriyə dönüş yoxdur. Dostluqda da eləyəm. Çox sevdiyim dostlarım olub ki, ağır zərbə almışam. Amma özlərinə bu barədə bir kəlmə də olsun bildirməmişəm. Hətta içimdə pis nəsə düşünmürəm. Sadəcə olaraq, münasibəti bitirmişəm. Onlar məni həyatda görə bilməzlər. Hətta görsələr belə, yaxınıma gələ bilməzlər.

– Kinlisən?

– Sadəcə bir də stress yaşamaq, eyni səhvi təkrarlamaq istəmirəm. Çünki, insan bir səhvi edirsə, onu yenidən təkrarlayır. Mən xırda səbəblər üzündən münasibətə son vermirəm. Çünki xırdaçı insan da deyiləm. Hər xırda şeydən küsüb, incimirəm. Məndə belə şeylər yoxdur. Küsə bilmirəm.

Cəvahir
Foto: Cəmalə

COP29