Çoxdandır görünməyən, yaşamaq üçün Türkiyəyə getdiyi deyilən cazibədar model və aktrisa Ramina Abbasova film təqdimatlarının birinə qatılıb.
Açıq-saçıq libası və al-əlvan rəngli saçı ilə diqqət mərkəzində olan ekstravaqant model fotokameramıza poz verib.
Yenicag.az-a açıqlama verən model qardaş ölkəyə köçməsi ilə bağlı xəbəri təkzib edib:
“Azərbaycandayam və heç bir ölkəyə də köçüb getmək fikrim yoxdu. Bu məni sevməyənlərin uydurmasıdır. Hazırda filmlərə çəkilirəm”.
Hər zaman açıq-saçıq geyimlərə üstünlük verdiyini deyən Ramina insanların onun barəsində nə düşündüklərinə əhəmiyyət vermədiyini də deyib:
“Kim nə istəyir, danışsın, mənim stilim “Avropasayağı”dır. Qarderobumda açıq-saçıq geyimlər həddən artıq çoxdur. İnsanların fikri mənə maraqlı deyil”.
Cəvahir