Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Cazibədar müğənni: “Kaş Fəxrəddin Manafov kimi ərim olaydı” - FOTO

Müğənni Fidan Süleymanova xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafova qarşı hisslərini ifadə edib.

Yenicag.az xəbər verir ki, müğənni xalq artistinin xanımı ilə fotosunu “İnstagram” səhifəsində paylaşaraq onun kimi ərinin olmasını arzulayıb:

“Bir anlıq ürəyimdən keçdi ki, kaş Fəxrəddin Manafov kimi həyat yoldaşım olaydı. Doğrudan da qadının onu başa düşən, qayğısına qalan, sevən ərinin olmamaması bir müddət sonra faciə olduğunu hiss etdirir. Qəbul etdiyim depressiya əleyhinə dərmanlar həm keçmişdəki əziyyətlərimin, həm də son 4 ildə tənhalığımın nəticəsidir. İlk dəfə bu gecə qəlbimdən keçdi ki, həqiqətən də məni nəvazişlə, qayğısıyla ovsunlayan ərim olaydı kaş”.

Saytımıza açıqlama verən Fidan onu bu paylaşımı etməyə vadar edən səbəbləri açıqlayıb:

“Bu fikirlərim sosial şəbəkədə böyük maraqla qarşılandı. Əslində, məni bu fikirləri yaymağa vadar edən səbəblər vardı. Fəxrəddin Manafovun övladı yoxdur. Hətta həyat yoldaşı Vahidə xanım ona başqa qadınla evlənməyini təklif edib. Amma o “səndən olmayan uşaq mənə lazım deyil” deyib. Mən o qadına həsəd apardım və düşündüm ki, çox xoşbəxt qadındır ki, həyatında belə bir möhtəşəm kişi var. Hansı ki, onu anlayır, dəyər verir. Fəxrəddin Manafov yeri gələndə mənim atam yaşındadır, söhbət onunla sevgi yaşamaqdan getmir. Onun qadınına verdiyi dəyər gözlərimi yaşartdı”.

Cəvahir

www.yenicag.az

9621