!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cazibədar Nərgiz: "Onunla kim sevgili olmaq istəməz?" - FOTOLAR

!Reklam – Yazi

Özünü həm də aktrisa kimi sınayan cazibədar aparıcı Nərgiz Məmmədova dəvət alsa, xarici ölkələrdə filmə çəkiləcəyini də deyib. Lakin şərtlərini də gizlətməyib.

Yenicag.az-a açıqlama verən Nərgiz yüksək qonorar müqabilində belə, açıq-saçıq rollara çəkilməyəcəyini bildirib:

“Özümü aktrisa kimi sınasam da, peşəkar aktrisa deyiləm. Bununla belə xarici ölkələrdən dəvətlər alsam, razılıq verərəm. Lakin yüksək qonorar versələr belə, açıq-saçıq rollara çəkilmərəm. Mənim üçün özümə icazə verdiyim hədd var, o hədd aşılmamalıdır”.

O, sevimli aktyorundan da danışıb: “Hollivud aktyoru Stephenin bütün filmlərini izləmişəm, onu çox sevirəm”.

“Filmdə onunla sevgili olmaq istərdinmi?” sualına Nərgiz gülərək belə cavab verib:
“Oyy, onunla kim sevgili olmaq istəməz? Amma realist insanam, bilirəm ki, onunla eyni filmdə tərəf-müqabili olmaq mənim üçün əlçatmaz xəyaldı. Mən də xəyallarla yaşamağı xoşlamıram”.

Cəvahir

www.yenicag.az

10770
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv