“Rəsmi olmayan xəbərlərə ciddi yanaşılmamalıdır”.
Bunu son günlər sosial şəbəkələrdə cəbhədə gərginlik yaşanması xəbərlərinə aydınlıq gətirən hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, sosial şəbəkələrdə təsdiqlənməmiş məlumatların yayılması halı ilə çox qarşılaşırıq:
“Media platforması üzvləri Müdafiə Nazirliyinə istinadla xəbər yaymalıdır. Müdafiə Nazirliyi şəffaf olaraq cəbhə xəttində baş verən proseslər haqqında ictiamiyyəti məlumatlandırır. Yalan xəbər yayıldıqda cəmiyyətdə sanki cəbhə xəttində ciddi toqquşmalar baş verir və bu gizlədilir abu-havası yaranır. İstər Qarabağda baş verən proseslər, istərsə də atəşkəsin pozulması hallarını dövlət qurumları cəmiyyətdən gizlətməkdə maraqlı deyil. İctimaiyyət hər zaman məlumatlandırılır.
Müdafiə Nazirliyi saytında olmayan yayılmış yalan xəbər ictimaiyyətdə ajiotaj yaratmağa xidmət edir. Yalan xəbərlərin yayılması qarşı tərəfin informasiya müharibəsinə xidmət etmiş olur. Ona görə də mənbəni bilmədiyimiz və rəsmi olmayan xəbərlərə ciddi yanaşmamalıyıq”.
Nəsimi Ələsgərli