!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəbhəçilər İlqar Məmmədovla bağlı haqlıdırlar? - Politoloq şərh edir

!Reklam – Yazi

Dünən Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə ReAL partiyasının sədri İlqar Məmmədov şərti azadlığa buraxılıb.

İlqar Məmmədovun azadlığa buraxılması bəzi dairələrdə sevinclə qarşılansa da, bəzi müxalif kəsim məsələyə başqa prizmadan yanaşdı. İlqar Məmmədovun çevrəsində lider kimi qarşılanmasını qısqanclıqla qarşılayan müxalif düşərgədən bir çoxları, əsasən də cəbhəçilər “Azərbaycanda lider yox, xalq problemi var”, – deyə fikirlər səsləndirdilər.

Əslində, İlqar Məmmədovun azadlığa çıxacağı təqdirdə qısqanclıqla qarşılanacağını bəzi ekspertlər öncədən bildirirdilər.

Cəbhəçilərin “Azərbaycanda lider yox, xalq problemi var” şərhini politoloq Zərdüşt Əlizadə Yenicag.az-da cavablandırıb.

Zərdüşt Əlizadə bildirib ki, məsələnin bu cür bəsid qoyulması ictimai-siyasi proseslərdən bixəbərlikdir:

“Xalqla lider eyni olmalıdır. “Əzəmətli lider var, xalq onu qəbul etmir”, demək ki, o əzəmətli lider deyil. Ola bilər ki, lider çox uğurlu bir xətt götürər, ancaq xalq onu anlamaz. Yenə də, o şəxs lider deyil. Lider o adamdır ki, xalq onu anlayır və arxası ilə gedir. O zaman Elçibəy “Azərbaycanı birləşdirəcəm”, “Çin dağılacaq”, “Turan yaranacaq” kimi şüarlar səsləndirirdi, xalq onu qəbul edib arxasınca getdi. İndiki zəmanədə liderliyə iddialı olan insanlar çalışmalıdırlar ki, xalqı siyasi savadlandırsınlar və onları düzgün siyasi məqsədlər naminə bacarıqlı siyasi təşkilatın ətrafında birləşdirə bilsinlər. Liderin vəzifəsi budur”.

İlqar Məmmədovun azadlığa çıxması barədə danışan Zərdüşt Əlizadə qeyd edib ki, o Azərbaycanın siyasi səhnəsində sərbəst hərəkət edə biləcək yeni bir liderdir:

“Artıq hər şey İlqar Məmmədovdan asılıdır ki, öz potensialını gerçəkləşdirə biləcək, yoxsa yox”.

Səxavət Məmməd

www.yenicag.az

2364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv