Cəbhədə atəşkəs 28 dəfə pozuldu: İriçaplı pulemyotlardan istifadə edildi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata əsasən, Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Baş Qərvənd, Seyidli, Novruzlu, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Bundan əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar.