Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində düşmən ordusunun əsgəri yaralanıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, yaralanan hərbçi müqavilə əsasında xidmət edən 1991-ci il təvəllüdlü Mqer Çiloyandır.
Ağır yaralanan hərbçi hospitala yerləşdirilib.
Həkimlərin bildirdiyinə görə, onun həyati təhlükəsi yoxdur.