Cəbhədə gərginlik davam edir – Rəsmi

ermeniler qacirrrHazırda Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Yenicag.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

V. Dərgahlı qeyd edib ki, hazırda cəbhənin Tərtər-Ağdərə və Füzuli istiqamətlərində atəşkəs pozulur.

“Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir” deyə Dərgahlı qeyd edib.