Cəbhədə qalan meyitlər götürülür – Proses başladı

ateskes_2123Bu gün Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejimi bərpa olunub.

Artıq döyüş meydanında qalmış meyitlərin götürülməsi prosesinə başlanıb.

ATƏT nümayəndələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilir.