Cəbhədə qalan meyitlər götürülür – Tərəflər razılığa gəldi

12512341_1685009395084803_7783122304772882562_nAprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.

Əlavə məlumat veriləcək.