Cəbhədə son durum – 4 istiqamətdə vəziyyət daha gərgindir

123566_172018673998754675_o_569500“Cəbhədə bütün istiqamətlər üzrə vəziyyət gərgin olaraq qalır”.

Bunu AzVision.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

Nazirlik rəsmisi qeyd edib ki, Füzuli, Xocavənd, Ağdərə və Tərtər istiqamətində vəziyyət daha gərgindir.

Qeyd edək ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.