Ötən gün cəbhə bölgəsinə səfər edən yerli və xarici media qurumlarını təmsil edən jurnalistlər Ağcabədi rayonunda da olub. Media nümayəndələri burada dağılmış evlərə baxıb, mülki insanlarla görüşüblər.
Xəzər TV xəbər verir ki, Ağcabədi rayonunun Qaraxanlı kəndinə 7 otaqdan ibarət 2 mərtəbəli ev yerlə yeksan olub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov deyib ki, 27-dən 28-nə keçən gecə rayona 100-ə yaxın mərmi düşüb. Bunlar Boyata, Qaraxanlı, Aşağı Hacılı, Niyaz kəndləridir. 30-a yaxın ev ziyan çəkib.
Qaraxanlı kəndi mütəmadi atəşə məruz qalsa da, sakinlər ata-baba ocaqlarını tərk etmir. Çünki ordumuza güvənir. Silahlı Qüvvələrimiz düşmənin layiqli cavabını verir.
Ermənilərin Ağdam və Tərtər rayonlarının cəbhəyanı kəndlərini ağır artileriyadan atəşə tutması nəticəsində xeyli sayda mal-qara da tələf olub.
Ağdamın Qaradağlı kəndinə düşən mərmi isə 15-dək xırdıbuynuzlu heyvanı tələf edib. Tərtər rayonunda isə ümumilikdə 30-a yaxın heyvan düşmənin atdığı mərmilər nəticəsində tələf olub.
Mövzu ilə bağlı materialı təqdim edirik: