!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəbhədə vəziyyət gərgindir – Müdafiə Nazirliyi

!Reklam – Yazi

mwdafie_nazirliyi_binaErməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv