Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cəbhədəki gərginlikdən Rusiyanın GÖZLƏNTİSİ: "Məsələnin həllinə yeni oyunçuların daxil olması..." - ŞƏRH

Reklam: Sinerji Pro

“Hazırda Azərbaycan-Ermənistan sərhəddində baş verən hərbi gərginlik Ermənistan tərəfinin təxribatlarından qaynaqlanır”.

Bunu Azərbaycan-Ermənistan sərhəddində baş verən hərbi gərginliyi şərh edən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Nəsimi Məmmədli bildirib ki, Ermənistan 10 noyabr “Atəşkəs Bəyanatı”nın bəzi müddəalarını icra etməkdən yayınır:

“Ermənistan hərbçiləri hələ də qanunsuz olaraq Azərbaycan ərazisində xidmət edir. Razılaşmada nəzərdə tutulan kommunikasiyalar hələ də açılmayıb. Hətta bəzi hallarda bu müddəanın icra edilməyəcəyi ilə bağlı məsuliyyətsiz açıqlamalarla vəziyyət süni şəkildə gərginləşdirilir. Eyni zamanda Ermənistan hökuməti sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqları da uzatmaqda maraqlıdır. Ermənistanda hələ də revanşist qüvvələr güclüdür və atəşkəs rejiminin pozulmasında maraqlıdırlar.

Qarabağda müvəqqəti yerləşən Rusiyanın sülhməramlı fəaliyyəti də öz məqsədlərini aşır. Sülhməramlılar xilaskar obrazında heykəl ucaldıb, “Rusiya Şöhrət Xiyabanı” yaradıb, Xocalıda kilsə tikib. Onların davranışı daha çox Rusiyanın bu əraziləri işğal etməsi təəssüratı yaratmağa xidmət edir. Bununla Azərbaycan cəmiyyətinə psixoloji təzyiq edilir. Cəmiyyətdə qələbə ovqatına zərbə vurmaq niyyəti açıq sezilir.

Ermənistanda siyasi vəziyyət yenidən gərginləşib və mürəkkəb şəkildə davam edir. Paşinyanın özü və hakimiyyəti üçün real təhlükələr var. Paşinyan Rusiyanın vasitəsi ilə özünün və ölkəsinin təhlükəsizliyini qarantiya altına almaq, ABŞ və Fransanın vasitəçiliyi ilə siyasi-diplomatik uğur qazanmaq istəyir. ATƏT-in Minsk Qrupun danışıqlar prosesinə cəlb etməklə Qarabağda “status” məsələsini müzakirəyə qaytarmaq istəyir”.

Politoloqun sözlərinə görə, Rusiya mövcud problemi tam həll etmək istəmir, amma bu şəkildə qalması da zərərinədir:

“Problemi yenidən dondurmaq ona əlavə problem aça bilər. Böyük sülh sazişi olmasa da, elə bir keçid sazişinin bağlanmasını istəyir ki, öz maraqlarını uzunmüddətli təmin etsin. Məsələnin həllinə yeni oyunçuların daxil olmasını da arzulamır.
Azərbaycan hökuməti bütün diplomatik vasitələrlə rəsmən sülh və əməkdaşlıq mesajlarını daha gur səslə bəyan etməlidir. Azərbaycan silahlı qüvvələri isə bütün təxribatların qarşısını adekvat şəkildə almalı, hərbi-müdafiə gücünü artırmalıdır. Beynəlxalq vasitəçilərin “status” tezisləri ilə yenidən danışıqlar prosesinə daxil olmasına imkan verməməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

288
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100