“Hilal” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT – lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cəbhəyanı bölgələrdə yaşayan məcburi köçkün ailələrinin sosial problemlərinin həllinə ictimai dəstəyin artırılması” layihəsini həyata keçirib.
Layihənin məqsədi cəbhəyanı bölgələrdə məskunlaşan məcburi köçkün ailələrinin sosial problemlərində ictimai iştirakçılığın artırılmasıdır.
Cəbhəyanı ərazilərdə yaşayan məcburi köçkünlərin sosial müdafiəsi hər zaman dövlətimizin diqqətində olub. Uğurlu sosial iqtisadi siyasət nəticəsində qaçqın və məcburi köçkünlərin məişət, mənzil, sosial təminat şəraiti yaxşılaşdırılıb.
Azərbaycanda Erməni silahlı güvvələrinin təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş 1 200 400 məcburi köçkün var. Məcburi köçkün ailələrinin problemləri cəmiyyətimiz üçün aktual olması onlarla bağlı problemlərin həllində dəstəyi göstərməkdir. Qeyd etmək lazımdır ki, məcburi köçkün ailələri arasında azəminatlı, sosial qayğıya ehtiyacı olan, ailə üzvlərindən şəhid olan, zorakılıqla üzləşmiş şəxslər də vardır. Ailələrin emosional və sosial vəziyyətinin yaxşılaşdırılması, cəmiyyətin diqqətinin onlara yönləndirilməsi bu günümüz üçün aktualdır. Layihə çərçivəsində Tovuz, Ağstafa və Qazax rayonlarında yaşayan məcburi köçkün ailələri ilə görüşlər keçirilib.
Keçirilən görüşlərdə;
Ailələrin sosial dəstək xidmətlərindən istifadə imkanlarının artırılması
Ailələrinin məşğulluq, hüquqi, problemlərinin həllində dəstək
Ailələrin hüquqi problemlərinin həllində yardım, sosial yardım və müavinətlərlə bağlı yönləndirmə
Sosial təhlükəli vəziyyətdə olan qadın və uşaqların , şəhid ailələrinin emosional durumunun yaxşılaşdırılması
Məcburi köçkün ailələrinin problemlərinin həllində ictimai dəstəyin artırılması
Ailələrin problemlərinin həlli ilə icma dəstəyinin yaradılması kimi məsələlərə toxunulub.
Layihə çərçivəsində keçirilən görüşlərdə yerli icma nümayəndələri, ictimai xadimlər, dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.