Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cəbrayıl polisi 3 kiloqramdan artıq narkotik aşkarladı

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üç kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Cəbrayıl RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli şəhər sakini N.Fəttahlının idarə etdiyi “VAZ 21093” markalı avtomobil saxlanılaraq, Cəbrayıl RPŞ-yə gətirilib.

Həmin avtomobildə sərnişin qismində olan K.Məhərrəmovun əl çantasına baxış zamanı oradan üç kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı K.Məhərrəmovun həmin narkotik vasitəni İran vətəndaşı Nadir adlı şəxsin vasitəsilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.

www.yenicag.az

260